Ancelina Colinin 51 yaşlı qardaşı evləndi - FOTOLAR

Hollivud ulduzu Ancelina Colinin qardaşı, 51 yaşlı Ceyms Xeyven evlənib.

O, 42 yaşlı televiziya ulduzu Romi Mari İmbelli ilə evlənib.

Cütlük Kaliforniyanın Laquna-Biç sahil qəsəbəsində təvazökar toy edib. Mərasimdə onların yalnız ən yaxınları iştirak etsə də, aralarında Coli görünməyib.

Mərasimdə Ceymsin atası, 86 yaşlı aktyor Con Voight iştirak edib. (Axşam.az)

05.01.2025 18:08
1442