Anasının yas mərasiminə gedən kişi intihara cəhd edib? - VİDEO

Lənkəran rayonu, Zövlə kənd sakini, 60 yaşlı Rövşən Tarverdiyev ağır vəziyyətdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib.

Həkimlər ona döş qəfəsini dəlib keçən güllə yarası diaqnozu qoyublar. Yaralı dərhal əməliyyata alınıb.

Yaxınlarının bildirdiyinə görə, Rövşən Tarverdiyev ov tüfəngi ilə özünə xəsarət yetirib.

"Həyətin qapısı açıq idi. Bir az irəliyə gedəndə gördüm ki, dayım yıxılıb, özünə xəsarət yetirib. Dərhal təcili tibbi yardıma zəng etdim ki, gəlib kömək etsinlər. O, Bakıda yaşayırdı, bizə qonaq gəlmişdi. Dünən anasının il mərasimi idi", - deyə yaralının bacısı oğlu bildirib.

Qeyd edək ki, R.Tarverdiyev paytaxtda yüksək vəzifələrdə çalışıb. Üç uşaq atası olan şəxs ötən il ailəsindən ayrılıb. Hazırda onun hansı səbəbdən özünə xəsarət yetirdiyi araşdırılır.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Ətraflı Baku TV-nin süjetində:

16.11.2024 02:57
597