Anasının imtina etdiyi körpə xəstəxanada ÖLDÜ

Sumqayıtda doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb.

Qeyd edək ki, 7 ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova öz körpəsinindən imtina edib.

Yeni doğulmuş oğlan uşağı doğum evindən uşaq xəstəxanasına köçürülüb. Yeddi aydan sonra, bu gün körpə xəstəxanada ölüb.

Məlumata görə xəstəxana körpənin meyitini təhvil verə bilmək üçün ailəni tapa bilmir.

Fakt araşdırılır.//APA

25.11.2023 16:05
498