"Təsir dairəsi" ictimai-sosial verilişinin efirində qalmaqal yaşanıb.
Musavat.com bizim media-ya istinadla xəbər verir ki, sözügedən proqrama problemi ilə bağlı müraciət edən Ramal adlı şəxslə verilişdə ekspert qismində iştirak edən şair və jurnaliat Anar Vəziroğlu arasında mübahisə düşüb.
İş o yerə çatıb ki, A.Vəziroğlu Ramal adlı şəxsə hücum çəkərək, onu nalayiq ifadələrlə təhqir edib. Tərəfləri ayırmaq üçün verilişin mühafizəsi studiyaya daxil olub.
Həmin anlar isə proqramın canlı efirində yayımlanıb.