ANAMA əməkdaşının minaya düşməsi ilə bağlı araşdırmalara başlanıb

Ağdamda ANAMA əməkdaşının minaya düşməsi ilə bağlı araşdırmalara başlanıb.

Baş prokurorluğun Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Samir Əli,
Musavat.com

26.12.2023 16:39
315