ANAMA əməkdaşı faciəli şəkildə öldü

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Nəriman Nərimanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü V.Yaqubov yaşadığı evin vanna otağından zəhərlənib. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.

Meyt müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır. Qeyd edək ki, dəm qazından boğularaq ölən V.Yaqubov Ağdam rayon sakinidir.

Onun ANAMANIN əməkdaşı olduğu bildirilir. (APA)

29.12.2024 16:58
663