Müğənni Gülay Zeynallı açıqlaması ilə diqqət çəkib.
"Özəl" verilişində qonaq olan sənətçiyə aparıcı Kazım Sübhan "Sənət aləmində hər kəs açıq danışa bilmir. Nəyə görə sənətçilər bir-birinə qarşı bu qədər ehtiyatlıdır?" deyə sual ünvanlayıb.
G.Zeynallının cavabı belə olub:
"Düşünürəm ki, bəzi məsələlərdə ehtiyatlı davranmaqdan da əlavə, nəsə görəndə susmaq daha gözəldir. Başını ağrıtmaq nəyə lazımdır? Onsuzda hamı öz tərbiyəsini göstərir. Biz elə bir dövrdə yaşayırıq ki, hamının bir-birindən xəbəri var. Çıxıb, yalandan özün haqda danışmağın bir mənası da yoxdur. Mən, ümumiyyətlə, bu cür söhbətlərdə yoxam və heç vaxtı da olmamışam. Mənim bəlli yaşım var, amma yenə də mən efirə gedəndə anam zəng vurub deyir ki, artıq-əskik bir şey danışma"./olay