Analitiklərdən Çinlə bağlı bədbin proqnoz: Gələn il...

 

 

Çin ekspertləri 2024-cü ildə ölkələrində iqtisadi artım tempinin 4,6 faizə qədər azalacağını proqnozlaşdırırlar.

 “Nikkei”nin keçirdiyi sorğuya qatılan ekspertlər azalmanı daşınmaz əmlak bazarındakı tənəzzül və istehlak xərclərinin durğunluğu fonunda baş verəcəyini bildirirlər.

25 analitikin konsensus proqnozu Çinin ÜDM-in bu il 5,2 faiz, gələn il isə 4,6 faiz artacağını göstərir. Onların 2024-cü il üçün proqnozları 4,4 faizdən 5 faizə qədərdir.

Mütəxəssislər qeyd edirlər ki, bu il ÜDM artımı ölkədə Covid məhdudiyyətlərinin qüvvədə olduğu 2022-ci ildəki kifayət qədər aşağı baza ilə ölçülür. 2023-cü ildə Çin iqtisadiyyatına mənfi təsir göstərən amillər, xüsusilə də daşınmaz əmlak sektorundakı vəziyyət gələn il üçün risklər yaradır.

“S&P Global Ratings” 2024-cü ildə Çinin ÜDM-nin 4,6 faiz artacağını proqnozlaşdırır, lakin xəbərdarlıq edir ki, daşınmaz əmlakın geriləməsi pisləşərsə, artım yalnız 2,9 faiz ola bilər.

S&P-nin Asiya-Sakit Okean regionu üzrə kredit reytinqlərinin rəhbəri Yunis Tan deyib: “2023-cü il artıq başa çatır və bu sahədə mənfi hadisələrin təsiri 2024-cü ildə daha güclü olacaq. Daşınmaz əmlak sektorundakı böhran Çin iqtisadiyyatının inkişafını, bu da öz növbəsində daşınmaz əmlak satışını məhdudlaşdırır”.

“Julius Baer”in iqtisadçısı Sophie Altamattenin fikrincə, "daşınmaz əmlak korreksiyasının 2024-cü ilə qədər davam edəcəyi və investisiya, istehlakçı inamı və dövlət maliyyəsinə təzyiq göstərəcək".

Ekspertlərdən bəziləri Çinin iqtisadi artımını ləngidə bilən amillərdən biri kimi hökumət tərəfindən stimulların çatışmazlığını da qeyd ediblər.

Analitiklər Federal Ehtiyat Sisteminin faiz dərəcəsini aşağı salacağı və bunun nəticəsində gələn il yuanın ABŞ dolları qarşısında tədricən möhkəmlənəcəyini gözləyirlər. 2024-cü ilin sonunda cütlük üçün orta proqnoz 7 yuan/1 dollar, 2025-ci ilin sonunda 6,8 yuan/1 dollar təşkil edir.

Geosiyasi risklər, o cümlədən Vaşinqton və Pekin arasındakı gərginlik də Çin iqtisadiyyatının perspektivinə təsir göstərir.

“Pictet Wealth” analitiki Chen Dong bildirir ki, 2024-cü ildə həm Tayvanda, həm də ABŞ-da prezident seçkiləri ciddi mənfi nəticələrə səbəb ola bilər. Ekspert hesab edir ki, bütün bunlar xarici investorların Çinə marağını məhdudlaşdıra bilər və bu, həm birbaşa, həm də portfel investisiyalarına aiddir.

 

Musavat.com

27.12.2023 18:13
717