Ana və qızını öldürüb meyitləri parçaladı

Rusiyanın Perm diyarında ana və qızı öldürülüb.

Hadisə Çusovoy şəhərində baş verib. Naməlum ana və qızını öldürərək, meyitləri parçalayıb.

Təhlükəsizlik qüvvələri qətli törətməkdə şübhəli bilinən keçmiş “Vaqner” üzvünü saxlayıb.

Qətlə yetirilən 28 yaşlı ana və balaca qızın parçalanmış cəsədlərini qadının rəfiqəsi tapıb.

Araşdırma aparılır. (lent.az)

31.08.2024 21:30
1162