Amerikanı yenə Tramp idarə edə bilər - Sorğu nəticəsi AÇIQLANDI

İlk debatdan iki gün əvvəl Tramp və Harrisin demək olar ki, eyni səviyyədə seçici dəstəyi var.

Musavat.com xəbər verir ki, bunu "The New York Times" keçirdiyi sorğu əsasında yayıb.

Respondentlərin 48%-i Trampın tərəfdarı, 47%-i Harrisin dəstəkçisi olduğunu bildirib. İyulun sonundakı əvvəlki sorğudan sonra məlumatlar demək olar ki, dəyişməyib.

Eyni zamanda Harris Viskonsin, Miçiqan və Pensilvaniya kimi ştatlarda Trampı bir qədər qabaqlayır. Nevada, Corciya, Şimali Karolina və Arizona ştatlarında siyasətçilərə dəstək eynidir.

Musavat.com

08.09.2024 16:26
629