ABŞ prezidenti Donald Trampın siyasətinə olan ictimai etimad rekord səviyyədə aşağı düşüb.
Musavat.com xəbər verir ki, bu barədə "YouGov" tədqiqat xidmətinin keçirdiyi sorğunun nəticələri göstərir.
Sorğuya əsasən, amerikalıların 55%-i Trampın siyasətini mənfi qiymətləndirir. Yalnız 41% respondent onun fəaliyyətinə müsbət yanaşdığını bildirib.
"YouGov"un sorğusu 11–14 iyul tarixlərində ABŞ-ın 1680 yetkin vətəndaşı arasında aparılıb.
Musavat.com