Amerikalılar Ermənistanda HƏRƏKƏTƏ KEÇDİLƏR 

Ermənistanda müasir nüvə enerjisi istehsalı mənbəyinin yaradılmasına yönəlmiş tədqiqatlara başlanılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, nəticələrin yekunlaşdırılması üçün maksimal tarix 2025-ci ilin yazı müəyyən olunub.

Araşdırmaların Amerikanın nüfuzlu şirkətlərindən birinin mütəxəssisləri tərəfindən həyata keçirildiyi deyilir.

Bunula bağlı Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan danışıb. O, hazırkı mərhələdə Ermənistanda yeni atom enerji bloklarının tikintisi prosesinin bir hissəsi kimi texniki-iqtisadi əsaslandırma işləri aparıldığını qeyd edib.

Qeyd edək ki, Ermənistanın atom enerjisi ilə təmin olunması rusiyalı mütəxəssislər tərəfindən həyata keçirilir. Bəzi ekspertlər son gəlişməni İrəvanın Rusiyaya növbəti meydan oxuması kimi qələmə verirlər.

Musavat.com

09.09.2024 11:46
1071