Amerikalı senator Trampa qarşı istintaqın başlanmasını tələb etdi


Demokrat senator Adam Şiff ABŞ Prezidenti Donald Trampın insayder ticarəti (daxili məlumatlardan istifadə etməklə ticarət əməliyyatları aparılması) və ya bazar manipulyasiyası ilə məşğul olub-olmadığını araşdırmaq üçün Konqresi istintaqa başlamağa çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, amerikalı senator bu barədə "Time" jurnalına danışıb.

"Time" qeyd edir ki, dünən Amerika bazarları açılan kimi Tramp sosial şəbəkələrdə belə bir paylaşım edib:
"İndi alış-veriş üçün əla vaxtdır."

Daha sonra isə o, gömrük tarifləri paketinin tətbiqini dayandırdığını açıqlayıb ki, bu da səhmlərin qiymətində kəskin artıma səbəb olub.

Musavat.com

10.04.2025 15:12
362