İsrailin Qəzza zolağında quru əməliyyatı yəhudi dövlətinə qarşı böyük beynəlxalq koalisiyanın yaradılması ilə nəticələnəcək.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq bəyanatla Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor çıxış edib.
"İsrail ordusu Qəzzada quru əməliyyatına başlasa, İndoneziyadan Mərakeşə qədər hamı İsrailə qarşı hərbi ittifaq yaradacaq", - deyə o "X" sosial şəbəkəsində yazıb.
Makqreqor xüsusilə NATO üzvü olan Türkiyənin bu koalisiyaya daxil olmasından narahat olub.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Buna cavab olaraq İsrail “Dəmir Qılınclar” əməliyyatına başlayıb.
Musavat.com