Amerikalı pilot 457 km/saat sürətlə qəzaya düşərək həyatını itirdi - FOTO, VİDEO

ABŞ-lı sürücü Kris Raşke 457 km/saat sürətlə hərəkət edərkən avtomobil qəzasına uğrayıb və aldığı xəsarətlərdən həyatını itirib.

Musavat.com xəbər verir ki, 60 yaşlı sürücü “Speed Demon” adlı avtomobili ilə ABŞ-ın Bonneville duz səhrasında sürət rekordu qırmağa cəhd edib. O, cəmi 3 kilometrdən bir qədər çox məsafə qət etdikdən sonra idarəetməni itirib.

Hadisə yerində ona ilkin tibbi yardım göstərilsə də, sonradan aldığı ağır xəsarətlər nəticəsində vəfat edib. 

 

Musavat.com

05.08.2025 21:37
602