CNN-in jurnalisti Fərid Zəkəriyyə deyib ki, hazırda Kiyev 2022 və 2023-cü illərlə müqayisədə daha az təhlükəsiz şəhər kimi görünür.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası yazıb. Amerikalı jurnalistin bu qənaətə Ukrayna paytaxtında olduqdan sonra gəldiyi bildirilir.
Zəkəriyyənin sözlərinə görə, hətta Ukraynanın paytaxtı da ölkə üçün tipik elektrik enerjisinin kəsilməsi hallarından xilas olmayıb və işıqların kəsilməsi, qaranlıq indi Kiyevdə həyatın ümumi xüsusiyyətinə çevrilib.
F.Zəkəriyyə qeyd edib ki, Ukraynada vəziyyət kritikdir və qarşıdakı aylar münaqişənin nəticəsi üçün həlledici ola bilər.
Musavat.com