Ona siyası sığınacaq və vətəndaşlıq veriləcək
Ukrayna ordusu sıralarında iki ildir “döyüşən” amerikalının Rusiya kəşfiyyatına işlədiyi məlum olub. Musavat.com xəbər verir ki, bu barədə “Arqumenti i faktı” nəşri yazıb. Bildirilir ki, həmin amerikalını Rusiya kəşfiyyatı Uqledar şəhərini ələ keçirdikdən sonra həmin amerikalını təxliyyə edib.
“Amerikalı dəyərli əməliyyat mənbəyi olub. Uqledar istiqamətində Rusiya ordusunun hücumun hazırlanmasında ABŞ vətəndaşının əsas rol oynayıb.
O, iki il Ukrayna hərbi əməliyyatlarda iştirak edib və Rusiyaya kəşfiyyatına mütamadi məlumatlar ötürüb. Həmin məlumatlar sayəsində Rusiya mülki əhaliyə dəyən ziyanı minimuma endirməklə yanaşı, düşmənə qarşı yüksək dəqiqlikli zərbələr endirmək mümkün olub”. Bu barədə isə qondarma “Donetsk Xalq Respublikasının” müdafiə qərargahı öz “Telegram” kanalında məlumat yayıb.
Bildirilir ki, hazırda amerikalının həyatı üçün heç bir təhlükə yoxdur. Təxliyyə xüsusi xidmət orqanları tərəfindən Rusiya Müdafiə Nazirliyinin Şərq dairəsinin hərbi bölmələri ilə birgə həyata keçirilib.
Ona Rusiyada siyasi sığınacaq və vətəndaşlıq verilməsi məsələsi həll olunur.
Rusiya tərəfinin iddialarına görə, Ukrayna ordusunda təxminən 400 nəfərədək muzdlu döyüşüb. Onların təxminən 50-si hərbi məsləhətçi, analitik və ya kəşfiyyatçı kimi Pentaqonun, Mərkəzi Kəşfiyyat İdarəsinin və digər kəşfiyyat xidmətlərinin işçiləri olub. Bəziləri isə HIMARS və digər Qərb silahlarının istifadə qaydalarını öyrətmək üçün göndərilib.
Rusiya Müdafiə Nazirliyinin açıqladığı son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak etmək üçün Avropa, Amerika, Asiya və Afrikadan 15 minədək muzdlu gəlib. Müharibə başlayandan indiyədək 6 minə yaxın xarici öldürülüb, daha 5-6 min nəfər ağır şəraitə dözməyərək ölkəsinə qayıdıb. İndi isə Ukrayna ordsusu sıralarında 1,9 mindən çox əcnəbi döyüşçü qaldığı bildirilir.
Musavat.com