Amerikadan gətirilən avtomobillərin qiyməti bahalaşa bilər.
Xezerxeber.az xəbər verir ki, növbəti aydan Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin keçməsinə görə rüsumları 8,3% artırır.
Ekspertlər hesab edirlər ki, bu hal ölkəmizə Amerikadan idxal olunan avtomobillərin qiymətinə təsir edə bilər.
“İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, sözügedən avtomobillərin daşınma xərcləri 200 dollara yaxın arta bilər”.
Xaricdən gətirilən avtomobillər üzrə ekspert Hüseyn Məmmədli isə deyir ki, ötən ilin sonunda da Türkiyənin həmin boğazlarda sözügedən rüsumu artırması hiss olunan dərəcədə qiymət fərqinə səbəb olmuşdu.
Hüseyn Məmmədli bildirib ki, gəmiyə tətbiq olunan rüsum artımı çox az olduğundan onu avtomobil başına hesablayanda çox az fərq edir. Bu isə hazırkı bazarda müştərilərin qiymətdən narazılığına səbəb olmur.
Daha ətraflı süjetdə: