Amerikadakı Türkiyə diasporunun tanınmış təmsilçiləri Azərbaycanın Vaşinqtondakı səfirliyini ziyarət ediblər.
Bu barədə Musavat.com-a TASC (Turkish American National Steering Committee) Türk Cümhuriyyətləri direktoru Muhammet Sami Görgülü məlumat verib.
Görgülü deyib ki, o və DATÜB Amerika təmsilçisi Şöhrat Temirov Azərbaycan səfiri Xəzər İbrahimi ziyarət edib və Türkiyə-Azərbaycan diasporunun gələcəyi, strateji hədəflər və s. məsələlərlə bağlı müzakirə aparıblar.
Eyni zamanda 24 apreldə Vaşinqtonda Türkiyə və Azərbaycan diasporlarının bərabər keçiriləcək tədbiri ilə bağlı da müzakirə aparılıb.
Musavat.com