"Amerikada idarəçilik itib" - Siyavuş Novruzov ABŞ -ni sərt tənqid etdi  

"Amerikada idarəçilik itib". Musavat.com xəbər verir ki, bu sözləri MM-in komitə sədri Siyavuş Novruzov müxbirimizə müsahibəsi zamanı deyib.

Deputat hesab edir ki, hazırda ABŞ - nin idarəçiliyi hərbi -sənaye kompleksinin əlinə keçib.

Sitat: "Hərbi-sənaye kompleksinin nümayəndələri ancaq müharibələrə diqqət yetirir, ancaq silah satışı və digər məsələlərlə məşğuldur. Təxminən Klinton hakimiyyətindən sonra - Amerikanın qızıl dövrü adlandırılır, dəyərlər qorunurdu, başqa ölkələrin daxili işlərinə o dərəcədə müdaxilələr olmurdu - Amerika rəhbərliyinin demək olar ki, hamısı dünyanın ayrı-ayrı qitələrindəki müharibələrin dolayısı və ya bilavasitə iştirakçısıdır. Burada söhbət Azərbaycandan yox, Cənubi Qafqazdan gedir. Cənubi Qafqazda aranı qızışdırmaq və yenidən müharibəni alovlandırmaq istəyirlər. Təbii ki, hədəf İrandır. İkinci hədəf Rusiyadır. Rusiyanın Avropa sərhədləri bağlıdır, çıxış Çinədir. Yaponiya da bu məsələlərdə Amerika ilə müttəfiqlik edir. Cənubi Qafqazda yeni münaqişə yaratmaq istəyirlər. Hələlik Mərkəzi Asiyaya girişə bilmirlər. O baxımdan baş verənlər kompleks planın bir hissəsidir. Ermənistanda "Soros" Fondunun qurduğu hakimiyyətdir, onlar da Amerikanın kəşfiyyat orqanları ilə işləyir".

Müsahibənin tamamı bu linkdə:

https://musavat.com/news/siyavus-novruzovdan-sensasion-aciqlamalar-onlar-amerika-kesfiyyatina-isleyirler_1108856.html

Musavat.com

10.10.2024 11:49
274