Amerika Erməni Milli Komitəsindən həyasız iddia: Prezidentliyə namizədlərdən heç birini dəstəkləmədik

Amerika Erməni Milli Komitəsi (ANCA) ABŞ-da keçirilən prezident və parlament seçkilərinin nəticələrindən razı qalıb.

Musavat.com xəbər verir ki, bu fikir təşkilatın yaydığı açıqlamada ifadə olunub.

Erməni təşkilatı iddia edir ki, onlar məqsədyönlü şəkildə prezidentliyə namizədlərdən heç birini dəstəkləməyiblər. Halbuki reallıqda ANCA seçki kampaniyası dövründə Kamala Harrisin təbliğatı ilə məşğul olub, Donald Trampın əleyhinə dəfələrlə açıqlama ilə çıxış edib.

ANCA-nın icraçı direktoru Aram Hamparyan iddia edib ki, “Artsax ABŞ-ın siyasi arenasında ilk növbədə Amerikanın seçki prioritetlərindən biridir”.

Onun iddiasına görə, ANCA-nın 20 ştatda dəstək verdiyi 84 namizəddən 90 faizdən çoxu ABŞ Konqresinə keçə bilib. Hamparyan bu namizədlərin məhz ermənilərin səsinə görə Konqresə seçilə bildiklərini də deməkdən çəkinməyib.

Onun sözlərinə görə, indi həmin Konqres üzvlərindən Azərbaycana qarşı gen-bol istifadə edəcəklər. Bu sırada Hamparyan həyasızcasına Konqresmenlərin Azərbaycanın Qarabağ bölgəsinə səfərlərinin təşkilini də qeyd edir.

Musavat.com

09.11.2024 22:48
436