Vətən müharibəsi şəhidləri ilə bağlı “Vikipediya”da yaradılan məqalələrin silinməsində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəaliyyət göstərən könüllü qrupların heç bir əlaqəsi yoxdur.
Musavat.com xəbər verir ki, bu barədə AMEA mətbuat ximətinin yaydığı açıqlamada bildirilib.
“Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə bağlı məqalələrin silinməsini düzgün olmayan səhv addım kimi qeyd edir və buna təəssüfləndiyimizi bildiririk”, - açıqlamada qeyd olunub.