AMEA-nın binasında ÖLÜM

Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında ölüm hadisəsi baş verib.

Məlumata görə, sentyabrın 5-i saat 12 radələrində H.Cavid prospekti 23-də yerləşən binada Akademiyanın əməkdaşı 1964-cü il təvəllüdlü Nəsir Köçəri oğlu Nəsirov dünyasını dəyişib.

Bildirilib ki, N.Nəsirov qurumun təsərrüfat şöbəsində bağban kimi çalışırmış.

Onun infarktdan öldüyü qeyd edilib.

Faktla bağlı araşdırmalar aparılır.//Qafqazinfo

06.09.2024 18:21
999