AMB sədrindən bağlanma riski olan banklar barədə AÇIQLAMA

“Hazırda Azərbaycanda ciddi bir problemi olan bank yoxdur. Bankların əsas maliyyə göstəriciləri kifayət qədər normaldır, ciddi risklər yoxdur”.

Musavat.com apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinin müəyyən edilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında AMB sədri Taleh Kazımov deyib.

“Bir bankın bağlanması tendensiya deyil. Bizim əsas məqsədimiz maliyyə sabitliyini təmin etmək, iqtisadi artıma töhfə verməkdir.

Maliyyə sabitliyinə xələl gətirəcək maliyyə təşkilatı, bank və ya sığorta şirkəti olarsa, onlara əvvəlcə xəbərdarlıq edilir, bu barədə səhmdarlara müraciət edilir. Nöqsanlar aradan qaldırılmadığı halda onun fəaliyyətinə baxmaq olar”, - deyə AMB sədri əlavə edib.

26.07.2023 16:02
1436