Amaliya Moskva-İrəvan təyyarəsində öldü  

Ötən gecə Moskva-İrəvan reysi ilə uçan 60 yaşlı sərnişin dünyasını dəyişib.

Musavat.com bildirir ki, bu barədə Ermənistan mediasına Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 10-da saat 01:15-də İrəvan Zvartnots Beynəlxalq Hava Limanının aviasiya təhlükəsizliyi stansiyasının xətt şöbəsindən Moskva-İrəvan reysini həyata keçirən təyyarədə 1963-cü il təvəllüdlü sərnişin Amaliya P.-nin sağlıq durumunun pisləşməsi barədə məlumat daxil olub. Daha sonra sərnişinin bioloji ölümü elan edilib.

Hadisə yerinə əməliyyat-istintaq qrupu gedib. Kənar ekspertiza mərhumun bədənində hər hansı zorakılıq əlamətləri aşkar etməyib. Sənədlər hava limanının istintaq şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Musavat.com

10.07.2023 14:05
1308