2024-cü ilin yanvar-iyul aylarında Gürcüstana xaricdən fiziki şəxslər tərəfindən təxminən 2 milyard dollar köçürülüb. Musavat.com Gürcüstan Mərkəz Bankının açıqlamasına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni göstəricisindən 27 faiz azdır.
Köçürmələrin həcminə görə birinci yerdə qərarlaşan Rusiyadan Gürcüstana pulköçürmələrinin həcmi 367,3 milyon dollar təşkil edib. Bu isə 2023-cü ilin analoji göstəricisindən 69 faiz azdır. İkinci yerdə İtaliyadır. 2024-cü ilin yanvar-iyul aylarında İtaliyadan Gürcüstana 324,7 milyon dollar köçürülüb ki, bu da 2023-cü ilin analoji göstəricisindən 25,6 faiz çoxdur.
ABŞ üçüncü yerdədir. 2024-cü ilin yanvar ayından ABŞ-dan Gürcüstana 316,8 milyon dollar köçürülüb və bu, ötən illə müqayisədə 27,7 faiz çoxdur.
Musavat.com