Alsunun keçmiş milyonçu əri 20 yaşlı xanımla sevgilidir?

Rusiyalı müğənni Alsunun keçmiş həyat yoldaşı, Bakıda doğulan yəhudi əsilli iş adamı Yan Abramovla bağlı yeni iddialar ortaya çıxıb.

“KP” nəşri Yanın yeni münasibətə başladığını yazıb.

İş adamının varlı ailədən olan 20 yaşlı qızla görüşdüyü deyilir.

"Onun ərəb kökləri var, Alsuya çox bənzəyir. Yeni sevgilisinin dediyinə görə, Yan onun üçün pul əsirgəmir” deyə, mənbədən nəşrə bildirilib.

Həmçinin qeyd olunub ki, iş adamı nəinki həmin xanım və Alsuya xəyanət iddialarında adı çəkilən 28 yaşlı Anastasiya Reşetova ilə, hətta bir neçə başqa qadınla da münasibətdədir.

Qeyd edək ki, müğənni və iş adamı bir müddət əvvəl boşanıb. Onların üç övladı var: 17 yaşlı Safina, 16 yaşlı Mikella və 7 yaşlı Rafael. Uşaqlar anaları ilə yaşamağa davam edəcəklər. (Axşam.az)

02.10.2024 20:39
946