Martın 9-da İsveçrənin kurort şəhəri Zermattdan yola düşən 6 xizəkçi ilə əlaqə kəsilib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, pis hava şəraiti onların axtarışlarına mane olur.
"Martın 9-dan etibarən Zermatt-Arolla marşrutu üzrə altı xizəkçinin axtarışı davam edir. Qrup şənbə günü Zermattdan yola düşüb və Tet Blanş bölgəsində itkin düşüb", - məlumatda deyilir.
Polisdən bildirilib ki, axtarış üçün bütün vasitələrdən istifadə edilir:
“Hazırda hava şəraiti çox pisdir və bu, xilasetmə əməliyyatını çox çətinləşdirir”.
Musavat.com