Almatıda partlayış: ölən var

Qazaxıstanın Almatı şəhəri yaxınlığında istilik izolyasiya lövhələri istehsalı zavodunda qaz partlayışı baş verib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə məlumatı Qazaxıstanın Almatı vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti yayıb.

Məlumata əsasən, partlayış nəticəsində zavodun örtüyü yanıb, dam örtüyü və divarı uçub.

01.09.2022 01:52
769