Almanların üçdə ikisi Olaf Şoltsun 2025-ci il parlament seçkilərində Sosial Demokrat Partiyasından (SDP) yenidən kansler postuna namizədi kimi irəli sürülməsinə qarşıdır.
Musavat.com xəbər verir ki, bunu “Süddeutsche Zeitung” qəzetinin sifarişi ilə “YouGov” ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğunun nəticələri sübut edir.
Respondentlərin 68%-i Şoltsun namizədliyinə qarşı çıxıb. Yalnız 20% hazırkı hökumət başçısının kansler olmaq üçün yenidən cəhd etməli olduğunu düşündüklərini söyləyib. Rəyi soruşulanların 12 faizi bu xüsusda qəti qərara gəlmədiklərini bildirib.
Eyni zamanda, sorğu göstərib ki, hətta 2021-ci ildə SDP-yə səs verən seçicilər də artıq Şoltsun namizədliyini dəstəkləmir. Bunlardan 60%-i onun namizədliyinin əleyhinədir, yalnız 31%-i lehinədir, qalanları qərarsızdır. Sentyabrın 6-dan 10-dək keçirilən sorğuda 2126 nəfər iştirak edib.
Musavat.com