Almanlar Ukraynada müharibəyə cəlb olunmaqdan qorxurlar - Sorğu

Almaniya əhalisinin çoxu ölkənin Ukrayna münaqişəsinə cəlb olunacağından qorxur.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti Rəqəmsal Cəmiyyət İnstitutunun araşdırmasına istinadən yazır. Nəşr qeyd edir ki, Almaniya sakinlərinin 41%-i Ukrayna Silahlı Qüvvələrinə dəstəyin artırılmasının əleyhinədir.

Sorğuda iştirak edən almanların əksəriyyəti (67%) Şolz hökumətinin müharibə aparan Ukrayna ilə bağlı siyasətindən narazıdır.

Nəşr qeyd edir ki, Almaniya sakinlərinin yalnız 11%-i hökumətin bu sahədəki qərarlarından razıdır.

Araşdırmalar göstərir ki, Almaniya əhalisinin əhəmiyyətli hissəsi Ukraynada baş verənlərlə bağlı daimi narahatlıq hissi ilə yaşayır və bunun onların həyatına təsir edə biləcəyindən ehtiyatlanır.

Respondentlərin 68%-i Almaniyanın yaxın illərdə Avropada müharibəyə birbaşa cəlb oluna biləcəyindən "narahat" və ya "çox narahat olduqlarını" bildiriblər.
Sorğuda iştirak edən almanların yalnız üçdə biri Avropa İttifaqının Kiyev rejiminə dəstəyi artıracağı təqdirdə razı qalacaq, Almaniya sakinlərinin isə demək olar ki, yarısı bunun əleyhinədir.

Qeyd edək ki, Almaniya Kiyevə hərbi yardımın həcminə görə ABŞ-dan sonra ikinci ölkədir. Ekspertlərin fikrincə, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayan gündən Berlin Kiyevi 11 milyard avro dəyərində silahla təmin edib.

Nigar,
Musavat.com

25.09.2024 19:35
259