Almaniyanın yeni səfiri Azərbaycana gəlib

Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ralf Horlemann Bakıya gəlib.

Musavat.com xəbər verir ki, o, “Twitter” hesabından Heydər Əliyev adına Beynəlxalq Hava Limanından fotosunu paylaşıb.

“Azərbaycanda səfir kimi vəzifəmi yerinə yetirmək çox xoşdur. Mən bu gözəl ölkəni kəşf etməyi və gələcək illərdə Almaniya-Azərbaycan əlaqələrini gücləndirməyi səbirsizliklə gözləyirəm”, - deyə yeni səfir paylaşımına qeyd edib.

10.08.2022 12:05
328