Almaniyanın yeni liderindən anti-Amerika bəyanatı: yeni hökumət qurulur - FOTO

Almaniyada keçirilən növbədənkənar Bundestaq seçkilərində liderlik edən CDU/CSU partiyasının rəhbəri Fridrix Mers siyasətinin əsas prioritetlərindən birinin Vaşinqtondan müstəqillik əldə etmək olduğunu bəyan edib.

Musavat.com -un xəbərinə görə, Mers həmçinin bildirib ki, ABŞ üçün Ukraynanın gələcəyi o qədər də vacib deyil. Bu açıqlamalar Almaniyanın xarici siyasət kursunda yeni dönüşün baş verə biləcəyi ehtimalını gücləndirir.

CDU/CSU partiyasının lideri Fridrix Mers Almaniyada yeni hökumətin 20 aprelə qədər formalaşdırılacağını bəyan edib.

 

Musavat.com

24.02.2025 01:03
1162