Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynadakı hazırkı münaqişənin dondurulmasının əleyhinə çıxış edib.
“Report” xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, münaqişənin dondurulması Rusiyanın xeyrinə olacaq: “Rusiyanın daha da gücləndiyi və münaqişəni davam etdiyi atəşkəs və ya dondurma ola bilməz”.