Almaniyadan Ukraynaya böyük dəstək - Şolts AÇIQLADI

Almaniya üçüncü “Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verib.

Musavat.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

O, bunu çətin qərar adlandırıb. Çünki Almaniyada bu sistemlərdən bir neçəsi var.

Kansler həmçinin bildirib ki, 2024-cü ildə Ukraynaya 7 milyard avrodan çox hərbi yardım göstəriləcək.

Musavat.com

14.05.2024 13:22
735