Almaniyada Rusiyaya qadağan olunmuş malları daşıyan tanker saxlandı

Şimali Almaniyanın Kiel şəhərində polis əməkdaşları Rusiyaya sanksiyalı yükləri daşımaqda şübhəli bilinən dizel tankerini saxlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə Kiel polisinin açıqlamasında bildirilir.

Oktyabrın 30-da Kiel su mühafizə xidmətinin əməkdaşları dizel yanacağı ilə işləyən tankerin və başqa bir avtomobilin yükünü yoxlayıb, çoxlu pozuntular aşkar ediblər.

Gömrük əməkdaşlarının müdaxiləsindən sonra yüklərin sanksiyalı mallardan ibarət olmasına dair şübhələr öz təsdiqini tapıb. Buna görə də malların yekun yoxlanışı həyata keçirilənə qədər tankerin hərəkətini davam etdirməsi qadağan olunub. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları söhbətin hansı yükdən getdiyini dəqiqləşdirməyiblər.

 

Musavat.com

02.11.2024 00:47
287