Almaniyanın Drezden şəhərində körpü uçub.
Musavat.com xəbər verir ki, fövqaladə hal idarəsindən bildirilib ki, Drezdenin köhnə şəhəri ilə əsas şəhəri bağlayan "Karola" körpüsünün təxminən 330 metrlik hissəsi Elba çayına düşüb. Hadisə zamanı körpüdən keçən avtomobil olmadığından insan tələfatı olmayıb. Körpünün və ətrafının bağlanması şəhər nəqliyyatında böyük gecikmələrə səbəb olub.
Körpü ilə yanaşı istilik sisteminə enerji axını təmin edən borular da zədələnib və Drezden şəhəri enerjisiz qalıb.
Körpünün digər hissələrinin də uça biləcəyi barədə xəbərdarlıq edilib. Fövqaladə vəziyyətlər idarəsinin sözçüsü Mixael Klare hələ də həyat üçün təhlükə və çökmə riski olduğunu bildirib. Almaniya Meteorologiya Xidməti (DWD) xəbərdarlıq edib ki, yaxın günlərdə fırtınalar Elba çayının səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
Məlumatda həmçinin qeyd olunur ki, sonuncu tramvay körpüdən keçdikdən 10 dəqiqə sonra körpü uçub.
Dəymiş ziyanın qiymətləndirilməsi və təhlükəsizliyin təmin edilməsi üçün hadisə yerinə xilasedicilər və digər mütəxəssislər göndərilib. Körpünün çökməsinin səbəbi araşdırılır.
Drezden şəhərinin körpülər və mülki tikinti strukturları şöbəsinin müdiri Holger Kalbe jurnalistlərə bildirib ki, beton konstruksiya zamanla xlorid çirklənməsi nəticəsində çürüməyə məruz qalmış ola bilər.
Musavat.com