Silahlı şəxs Ulm şəhərində kafedə dörd nəfəri girov saxlayır.
APA xəbər verir ki, bu barədə yerli “Südwest Presse” qəzeti məlumat yayıb. Şəhər polisi əməliyyata başlayıb, ərazi mühasirəyə alınıb. Əlavə məlumat verilməyib.
***
Almaniyanın Ulm şəhərində girov saxlanılan şəxslər azad edilib.
APA xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb. Təcavüzkar girovlardan canlı sipər kimi istifadə edərək qaçmağa çalışarkən yaxalanıb. Girovlar azad edilib, zərər çəkən yoxdur.