Almaniyada işsizlik PİK səviyyədə

Sentyabrda Almaniyada işsizlik 6 faiz təşkil edib.

Musavat.com xəbər verir ki, məlumatı Almaniya Federal Məşğulluq Agentliyi açıqlayıb.

Məlumata görə, ardıcıl dördüncü aydır ki, işsizlik 2021-ci ilin may ayından bəri ən yüksək səviyyədədir.

Rəsmi statistikaya əsasən, Almaniyada bu ay işsizlərin sayı 17 min nəfər artıb.

"Bloomberg"in məlumatına görə, analitiklər orta hesabla bu göstəricinin 13,5 min artacağını proqnozlaşdırıblar. "Trading Economics" ekspertləri 12 min artım və işsizliyin eyni səviyyədə qalmasını gözləyirdi. Sentyabrda açıq vakansiyaların sayı 696 min olub ki, bu da avqust göstəricisindən 3 min, keçən ilin eyni ayından isə 65 min azdır.

Musavat.com

27.09.2024 15:26
302