Almaniyada inflyasiya hədəfinə nail olundu

Sentyabrda Almaniyada Avropa İttifaqı standartlarına əsasən hesablanan istehlak qiymətləri illik müqayisədə 1,8 faiz artıb.

Musavat.com Federal Statistika İdarəsinin (Destatis) ilkin məlumatlarına istinadən xəbər verir ki, avqust ayı ilə müqayisədə istehlak qiymətləri 0,1 faiz ucuzlaşıb.

Avqustda aylıq ifadədə 0,2 faiz azalma qeydə alınmışdı.

Analitiklər orta hesabla illik ifadədə 1,8 faiz artım və aylıq 0,1 faiz azalma proqnozlaşdırırdılar.

Almaniya standartlarına uyğun hesablanan istehlak qiymətləri isə sentyabr ayında illik müqayisədə 1,6 faiz artıb. Avqust ayı ilə müqayisədə qiymətlər dəyişməyib.
Mütəxəssislər illik hesablamada 1,7 faiz, aylıq isə 0,1 faiz artım gözləyirdilər.

Musavat.com

01.10.2024 02:40
354