Almaniyanın Frankfurt-Mayn şəhərində Rusiya, Ukrayna və Ermənistan vətəndaşları həbs edilib.
Musavat.com xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, onlar casusluqda şübhəli bilinirlər.
Şübhəlilər istintaq təcridxanasına yerləşdirilib.
Musavat.com