Almaniya XİN: Aİ-nin Rusiyaya qarşı yeni sankiyaları PUA sektoruna təsir edəcək

Avropa İttifaqının (Aİ) yeni sanksiyalar paketi, digər məsələlərlə yanaşı, Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) tədarükünə təsir göstərəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

“Biz hazırda 13-cü sanksiyalar paketini, xüsusən də PUA-larla bağlı qərar qəbul etmək yolundayıq”, - o qeyd edib.

Almaniyalı nazir sanksiyalar paketinin demək olar ki, razılaşdırıldığını vurğulayıb.

Xatırladaq ki, bu gün Aİ ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.

19.02.2024 14:50
319