Almaniya sənayesində böyük azalma

Sentyabrda Almaniyada sənaye istehsalı avqust ayı ilə müqayisədə 2,5 faiz azalıb. Musavat.com xəbər verir ki, məlumatı ölkənin Federal Statistika İdarəsi - Destatis yayıb.

Qeyd edək ki, Trading Economics analitikləri orta hesabla 1 faiz daralma gözləyirdilər.

Düzəliş edilmiş nəticələrə əsasən, avqust ayında Almaniyada sənaye istehsalı 2,9faiz artmışdı.

Sentyabrda Almaniyada sənaye istehsalının azalması ilk növbədə emal sənayesinin əksər sahələrinin, xüsusən də avtomobil sənayesi istehsalının 7,8 faiz azalması ilə bağlı olub. Enerji tutumlu sənaye sahələrində bu rəqəm 3,3 faiz azalıb ki, bu da əsasən kimya sektorunun azalması ilə əlaqədardır.
Əsas vəsaitlərin istehsalı 4 faiz, aralıq malların istehsalı 1,6 faiz, istehlak mallarının istehsalı 1,4 faiz azalıb.


Bundan əlavə, tikinti həcmi 1,4 faiz, elektrik enerjisi istehsalı 2,1 faiz azalıb.

Almaniyada sənaye istehsalı sentyabrda illik ifadədə 4,6 faiz azalıb.

Musavat.com

07.11.2024 17:13
243