Almaniya Rusiya təyyarəsinə görə qırıcıları havaya qaldırdı

Almaniya Hərbi Hava Qüvvələri Rusiya təyyarəsinin Rügen adasının üzərindən keçməsinə görə “Eurofighter” qırıcı təyyarələrini havaya qaldırıblar.

Bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Departament Rusiya təyyarəsinin Rügen adası üzərində beynəlxalq hava məkanında transponder siqnalı olmadan uçduğunu bildirib.//Oxu.az

31.01.2024 02:12
783