Almaniya prezidenti “Şimal axını 2”-yə görə yazıçıya əl qaldırdı

Almaniya prezidenti Frank-Valter Ştaynmayer “Şimal axını 2” qaz kəmərinin tikintisinə dəstək verməkdə ittiham olunduğu üçün yazıçı Marko Martinin başına zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə “Bild” yazıb.

Hadisə Berlin divarının sökülməsinin 35-ci ildönümü şərəfinə keçirilən tədbirdə baş verib. Nəşrin məlumatına görə, Ştaynmayer Martinin çıxışı zamanı özünü olduqca emosional aparıb. Hadisə şahidinin dediyinə görə, siyasətçi “hər zaman ağır nəfəs alır, çənəsini tərpədir, açıq şəkildə emosiyalarını boğmağa çalışırdı”.

Yazıçı Ştaynmayerə müraciət edərək bildirib ki, Almaniya Sosial Demokrat Partiyası (SPD) və Xristian Demokrat İttifaqının (CDU) dəstəklədiyi “Şimal axını 2” tikinti layihəsi sanki daha çox Rusiyanın niyyətlərini həyata keçirməsinə, Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibə aparmasına kömək edir.

Bu çıxışdan sonra Ştaynmayer yazıçıya hücum edib.

“Prezident qəzəblə üstümə qaçdı və onu sakitləşdirmək çətin idi. Qəzəblə məni bir neçə dəfə ona böhtan atmaqda ittiham etdi. Sonra soyuqqanlılığını itirdi və başıma vurdu və dedi ki, mən və “ziyalılar” siyasətçilərin işinin nə qədər çətin olduğunu bilmirik”, - Martin bildirib.

Musavat.com

09.11.2024 13:36
821