Almaniya kanslerindən SÜLH AÇIQLAMASI - Bu il...

“2024 Ermənistan və Azərbaycan üçün sülh ili ola bilər”.

Musavat.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

O, Avropa Siyasi Birliyinin Londonda baş tutan 4-cü Zirvə toplantısından sonra keçirilən mətbuat konfransında qeyd edib ki, tərəflər bir-birinə qarşı effektiv və cəsarətli addımlar atmağa davam edərsə, bu il sülh ili ola bilər:

“Mən burada bir çox başqa müzakirələr aparmışam. Ermənistanın baş naziri cənab Paşinyan və Azərbaycan Prezidenti cənab Əliyevlə söhbətim də mənim üçün önəmlidir. Bu il bu region üçün son dərəcə əhəmiyyətlidir”.

Almaniya kansleri sammitdə fürsətdən istifadə edərək tərəfləri bunu etməyə çağırıb:

“Avropa bütövlükdə Ermənistan və Azərbaycanı bir-biri ilə sülhün bərqərar olması yolunda müşayiət edəcək, bu, uzun müddət davam edəcək və bu iki qonşu ölkə arasında uzunmüddətli yaxşı əməkdaşlığı təmin edəcək”.

Musavat.com

19.07.2024 17:53
1438