Almaniya kansleri Şolts AB-nin genişlənməsinə çağırıb - Türkiyəsiz...

Almaniya kansleri Olaf Şolts Qərbi Balkanlar, Ukrayna və Moldovanı, daha sonra isə Gürcüstanı daxil etməklə Aİ-nin genişlənməsinə çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, kansler bu çağırışını Praqadakı Çarlz Universitetində çıxışı zamanı həyata keçirib.

"Mən Avropa İttifaqının Qərbi Balkanlar, Ukrayna və Moldova dövlətlərini və uzunmüddətli perspektivdə Gürcüstanı da əhatə edəcək şəkildə genişləndirilməsinin tərəfdarıyam",-deyə o, söyləyib.

Maraqlıdır ki, Olaf Şolts 20 ilə yaxındır Avropa Birliyinə rəsmi namizəd olan Türkiyənin adını bu sırada çəkməyib.

Musavat.com

29.08.2022 17:57
1404