Almaniya Kansleri Olaf Şolst Kasım-Jomart Tokayevin dəvəti ilə Qazaxıstana rəsmi səfərə gedib.
Musavat.com xəbər verir ki, Astana hava limanında Şolstu Qazaxıstanın baş naziri Oljas Bektenov qarşılayıb.
Məlumata görə, Almaniya kansleri “Mərkəzi Asiya+Almaniya” Sammitində iştirak edəcək.
Qeyd edək ki, Almaniya Qazaxıstanın mühüm ticarət və investisiya tərəfdaşıdır. Bu ilin 7 ayı ərzində iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 2,3 milyard dollar təşkil edib. Ötən ilin sonunda Almaniyadan Qazaxıstana yatırılan birbaşa investisiyaların həcmi 64% artaraq 770 milyon dollara çatıb.
@@TVmusavat/95705@@
Musavat.com