Almaniya kansleri Olaf Şolts ABŞ-yə səfəri zamanı oxşarı ilə qarşılaşıb.
Musavat.com xəbər verir ki, Almaniya hökumətinin başçısı Vaşinqtonda demokrat senator Kris Kuns ilə görüşüb.
Olaf Şolts "X" platformasında foto paylaşaraq yazıb: "Oxşarım Kris Kunsu yenidən görmək xoş oldu".
Qeyd edək ki, Şolts ABŞ-yə səfəri çərçivəsində prezident Co Baydenlə görüşəcək. Liderlərin Ukraynanı dəstəkləməyə davam etmək niyyətlərini bir daha təsdiqləmələri gözlənilir. Tərəflər həmçinin iyula planlaşdırılan NATO-nun Vaşinqtonda keçiriləcək sammiti öncəsi koordinasiya məsələsini müzakirə edəcəklər.
Nigar HƏSƏNLİ,
Musavat.com