Almaniyanın Kassel şəhərinin inzibati məhkəməsi Qarabağ ermənisinin “vətəndaşlığı olmayan şəxs” hesab edildiyini və onun “Azərbaycan tərəfindən təqib ediləcəyini nəzərə alaraq” Qarabağa qayıda bilməyəcəyini bildirən qərəzli qərar qəbul edib.
Musavat.com xəbər verir ki, heç bir hüquqi dəyəri olmayan bu sənəd məkrli qonşuda sevinclə qarşılanıb.
“Almaniya məhkəməsinin artıq qüvvəyə minmiş qərarı sübut edir ki, Qarabağ sakinlərinin faktiki olaraq Azərbaycana daxil olmaq imkanı yoxdur”, - deyə Ermənistan parlamentinin keçmiş deputatı, hüquqşünas Taron Simonyan bir telekanala müsahibəsində bildirib.
Simonyan gələcəkdə bu qərardan Azərbaycana qarşı müxtəlif platformalarda istifadə olunacağını deyib. Onun sözlərinə görə, oxşar həll yollarına nail olmaq üçün erməni hüquqşünaslar müxtəlif ölkələrin şəhərlərində çalışırlar.
Musavat.com